Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Entoni Joşua və Tayson Füri ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər

Entoni Joşua və Tayson Füri ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər

Tarix: 23 Dekabr 2020 07:36

İngilis boksçular Entoni Joşua və Tayson Füri ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, döyüşün 2021-ci ilin mayında və ya iyununda keçirilməsi planlaşdırılır.

2019-cu ildə IBF (Beynəlxalq Boks Federasiyası), WBO (Dünya Boks Təşkilatı) və WBA (Dünya Boks Assosiasiyası) çempionu titullarının sahibi Entoni Joşua peşəkar boksçu karyerasında ilk dəfə məğlub olub. Belə ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən qarşılaşmada Meksika boksçusu Andi Ruis ingiltərəli rəqibini dörd dəfə nokdauna göndərib. Hakimlər yeddinci raundda oyunu dayandıraraq meksikalı boksçunu qalib elan ediblər. Onun aktivində 24 qələbə var.

Beynəlxalq Boks Federasiyası (İBF), WBO və WBA versiyaları üzrə ağır çəkidə dünya çempionu T.Fyuri isə karyerası ərzində keçirdiyi 31 döyüşdən 30-da qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Entoni Joşua Tayson Füri ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ