Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 07:50
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının Böyük Britaniyada aşkarlanan yeni ştammı barədə informasiyanı müzakirə etmək üçün iclas çağıracaq.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Avropa Regional Bürosunun direktoru Hans Klüge özünün "Twitter" səhifəsində bildirib.
"ÜST-nin Avropa Regional Bürosu test strategiyası və yoluxma riskinin azaldılması məsələlərini müzakirə etmək üçün üzv ölkələri bir araya toplayacaq. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə daha dəqiq informasiya əldə olunana qədər səyahətləri məhdudlaşdırmaq məqsədəuyğundur", - deyə Hans Klüge yazıb.
Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün aşkarlandığını bildirib. İngiltərənin cənub-şərqində xəstəliyin sürətlə yayılmasına yeni ştammın səbəb olduğu güman edilir. Baş nazir Boris Conson ilkin məlumata əsaslanaraq koronavirusun yeni formasının 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib.