Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 23:34
Dünyanın ən cəlbedici turizm məkanlarından olan Venesiya şəhərinin rəhbərliyi 2020-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan turizm vergisinin tətbiqini 2022-ci ilə qədər təxirə salmaq barədə qərar qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şəhərin bələdiyyə şurasının üzvü Maykl Dzuin COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı turist axınının bərpası məqsədilə mühüm addım atıldığını deyib.
Onun sözlərinə görə, turizm vergisinin tətbiqi tarixinin dəyişdirilməsi barədə qərar koronavirus pandemiyası nəticəsində kəskin itkilərə məruz qalmış şəhər iqtisadiyyatının yenidən qurulması planı çərçivəsində qəbul edilib.
Bu ilin əvvəlində Venesiyaya gələn hər turistdən 10 avro vergi tutmaq planlaşdırılmışdı. 2022-ci ildə bu verginin dərəcəsinin nə qədər olacağı hələ qəqiqləşdirilməyib.