Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsinin daha bir qəhrəmanı - İndi hər kəs onunla qürur duyur - VİDEO

Vətən müharibəsinin daha bir qəhrəmanı - İndi hər kəs onunla qürur duyur - VİDEO

Tarix: 24 Dekabr 2020 11:30

Qarabağı azad edən qalib əsgərlərimiz artıq əzizlərinin yanına, öz doğma ocaqlarına qayıdırlar. Məğrur və üzüağ! 44 günlük Vətən müharibəsinin qəhrəmanlarıdırlar axı! Gəlin tanış olaq- onlardan biri, salyanlı hərbçimiz Fərid Fərzəliyev.

44 günlük müharibə yalnız Qarabağın deyil, Azərbaycanın yeni şərəf tarixini yazdı. Böyük bir dastana çevrildi dillərdə. Şəhadətə yüksəlib bu dastanın qaysaq bağlamayan yaraları da oldu, qalib xalqın qalib balası kimi döyüşlərdən qazi kimi dönənlər də.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Salyandakı Fərzəliyevlər ocağında hər kəsin gözü yoldadır. Bir himə bənddirlər. Aralarında ən çox həyəcan keçirən isə Güldəstə anadır. Vətən savaşında canını əsirgəməyib, yaralanan qazi oğlunun həsrəti ilə gözləri hey dolur-boşalır. Amma az qalıb artıq qovuşmağa.

Vətən müharibəsində şanlı iz qoyan Fərid indi yalnız bu bəxtiyar ananın deyil, doğulub-böyüdüyü İkinci Varlı kəndinin bütün analarının, ailələrinin qüruruna çevrilib. Onu bu mərtəbəyə yüksəldən yolun tarixçəsinə gəldikdə isə, qəhrəmanımız uşaqlıqdan hərbçı olmaq istəyib. Elə bu maraq onu hərbi xidmətdən sonra Sülhməramlı Qüvvələrin Briqadasına gətirib. Erməni tapdağında olan torpaqlarımızın müqəddəratı həll olunarkən, Fərid manqa komandiri olaraq, ilk gündən döyüşlərə qatılıb.

Düşmənin qorxaqlığından ağız dolusu bəhs etsə də, təvazökardır qəhrəmanımız...Özünün iştirak etdiyi döyüş səhnələrinin detallarını paylaşmır. ''Borcum idi vətən qarşısında, hər birimizin borcu idi, etdim, döndüm''-deyir. Amma Fərid bu borca doğma yurduna olan ümmansız sevgisini də qataraq, döyüşüb. Bu, onun valideynlərini ikiqat sevindiririr. Belə oğul yetişdirdiklərinə görə.

Fərzəliyevlər ailəsini bundan sonra da həm belə sevincli, həm də bir az nigaran günlər gözləyir. Axı Fərid sağlamlığına tam qovuşandan sonra yenidən ordudakı işinə, vətənini qorumağa davam edəcək.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az


Etiketlər:  Vətən müharibəsinin daha bir qəhrəmanı İndi hər kəs onunla qürur duyur VİDEO


RƏYLƏR