Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 4 226 nəfər COVID-19-dan sağalıb, 1 850 nəfər yoluxub, 40 nəfər vəfat edib

Azərbaycanda 4 226 nəfər COVID-19-dan sağalıb, 1 850 nəfər yoluxub, 40 nəfər vəfat edib

Tarix: 24 Dekabr 2020 17:12

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, ötən müddət ərzində isə ümumilikdə 2 115 991 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ