Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 19:12
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Kuleba 2020-ci il ərzində Türkiyə ilə bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. Xüsusilə, Qara dənizin təhlükəsizliyi və hərbi hava qüvvələri sahəsində əməkdaşlığın ən üst səviyyədə olduğu ifadə edilib. Türkiyə ilə siyasi, hərbi və iqtisadi sferalarda iş birliyinin perspektivlərinə toxunan nazir bunda maraqlı olduqlarını bəyan edib.
"Türkiyə ilə mükəmməl əməkdaşlığımızdan çox məmnunuq", - Kuleba əlavə edib.