Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia 6300 4G” smartfonu təqdim edilib

“Nokia 6300 4G” smartfonu təqdim edilib

Tarix: 24 Dekabr 2020 20:56

"Nokia" brendi ilk dəfə 2007-ci ildə təqdim edilmiş "Nokia 6300" düyməli telefonunu yeniləyib. Yenilənmiş model LTE şəbəkələrini və "Google Assistant", "WhatsApp" və "YouTube" daxil olmaqla bir sıra müvafiq proqram və funksiyaları dəstəkləyir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 6300 4G" adlı telefon 320x240 piksel təsvir ölçülü 2,4 düymlük displey və fənər kimi istifadə edilə bilən fləş kamera ilə təchiz edilib. Yeni aparat danışıq rejimində 8,2 saat, gözləmə rejimində isə 27 gün işləyir.
 
Qurğu "Qualcomm Snapdragon 210" prosessoru, 512 MB əməli yaddaş, həmçinin "Bluetooth", "Wi-Fi" və "GPS" modulları ilə təchiz edilib. İki SİM kart dəstəkləyən telefon standart rəqəmli klaviaturadan başqa 3,5 mm-lik qulaqlıq üçün konnektor və "microSD" üçün slota malikdir.
 
Öncədən quraşdırılmış proqramlar siyahısına "WhatsApp", "Facebook", "YouTube", "Google Maps", həmçinin QR kod skaneri, brauzer və PDF formatında faylların oxunması üçün proqram daxil edilib. "Google Assistant"ın köməyi ilə funksiyaların səsli idarəetməsi də dəstəklənir. Qurğunun plastik korpusu 4 rəng variantında hazırlanıb: yaşıl, göy, boz və ağ.
 
"Nokia 6300 4G" aparatı artıq Çində satışa çıxarılıb. Qiyməti 61 dollardır.

Milli.Az


Etiketlər:  Nokia 6300 smartfonu təqdim edilib


RƏYLƏR