Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 12:57
Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğu açılsın.
Sonxeber.net xəbər verir ki, bu təkliflə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov çıxış edib.
A.Abdulkərimov saytımıza açıqlamasında deyib ki, Türkiyənin buna mənəvi haqqı çatır:
"Türkiyə Cümhuriyyəti 44 günlük müharibədə Azərbaycana tam dəstək verdi. Konsulluğun açılması həm də təhlükəsizliyi təmin edər. Düşünürəm, bu məsələ ilə bağlı tez bir zamanda addım atılmalıdır".