Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 17:28
Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada yüksək tələbat yaranması ilə əlaqədar koronavirusun müalicəsi üçün istifadə olunan "Avifavir" preparatının ixracı dayandırılıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.
Qeyd olunub ki, dərmanın digər ölkələrə ixracı istehsal həcminin artmasından sonra mümkün olacaq.
Rusiyanın Birbaşa İnvestisiyalar Fondu "XimRar" şirkətinin istehsalı olan favipiravir kimyəvi tərkibli "Avifavir" preparatı bu ilin may ayında qeydiyyata alınıb və dünyada COVID-19-a qarşı ilk dərman olub.
Bir müddət əvvəl bir sıra Latın Amerikası ölkəsi, Səudiyyə Ərəbistanı və Bolqarıstan Rusiyadan həmin dərmanı almışdı.