Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 18:24
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları əmək haqqının iki misli həcmində yardım alacaqlar.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Tatyana Şevsova bildirib.
"Dağlıq Qarabağdakı şəxsi heyətə əlavə əmək haqqı da nəzərdə tutulub. Onlara aylıq əmək haqqının iki misli həcmində yardım ediləcək", - o deyib.
Nazir müavinin sözlərinə görə, Rusiya hökuməti bununla bağlı qərar qəbul edib.