Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neşvildə ''qəsdən törədilən'' partlayış nəticəsində üç nəfər xəsarət alıb

Neşvildə ''qəsdən törədilən'' partlayış nəticəsində üç nəfər xəsarət alıb

Tarix: 26 Dekabr 2020 19:28

Milad günündə Neşvilin mərkəzində nəqliyyat vasitəsinin partlaması nəticəsində üç nəfər xəsarət alıb. Polis partlayışı "qəsdən törədilən akt" adlandırıb.

Partlayışdan qısa müddət öncə maşından gələn səs yazısında 15 dəqiqə sonra bombanın partlayacağına dair mesaj səsləndirilib.

Polis onlara ərazidə güllə səslərinin eşidildiyinə dair məlumat daxil olduğunu üçün əraziyə gəldikləri zaman həmin maşını görüb, maşından gələn səsi eşitdiklərini bildirir. Polis zabitləri yaxınlıqdakı binaları təxliyə ediblər.

Neşvil Metropolitenin Polis İdarəsinin sözçüsü Don Aaron deyib ki, partlayış səbəbilə üç nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb, lakin onların heç birinin vəziyyəti kritik deyil. Rəsmilər patlayış anında maşında kiminsə olub-olmadığını bilmədiklərini deyirlər.

Neşvil Polis İdarəsinin rəisi Con Dreyk cümə gündüz keçirilən mətbuat konfransı zamanı müxbirlərə deyib ki, təhqiqatçılar hadisə yerinin yaxınlığında insan qalıqları "ola biləcək" "toxuma" aşkar ediblər. Lakin Nashville Tennessean qəzetinin bildirdiyinə əsasən, cümə gündüzə olan məlumata görə, hələ ki, hadisə zamanı hər hansı tələfat təsdiq olunmayıb.

Partlayış Tennessi ştatının paytaxtı Neşvilin mərkəzindəki turistik ərazidəə baş verib və bir neçə binaya ciddi ziyan vurub. Həmin küçədəki barlar, restoranlar və digər müəssisələr partlayışın baş verdiyi Milad günü səhər saatlarında bağlı olub.

Zİyan dəyən binalar arasında AT&T mobil operatorunun binası da var və şirkət nəticədə xidmətlərinin bəzilərinin kəsildiyini bildirib.

Federal Aviasiya Administrasiyası partlayış səbəbəilə yaranan telekommunikasiya problemləri səbəbilə Neşvil Hava Limanında uçuşları müvəqqəti təxirə salıb.

Polis kommunikasiyada yaranan problemlərin partlayışın planlaşdırılmış nəticəsi olduğunu yoxsa təsadüfən baş verib-vermədiyini bilmədiyini bildirib.

Federal Təhqiqat Bürosu bildirib ki, idarə partlayışla bağlı təhqiqat aparacaq.

Neşvilin meri Con Kuper partlayışın baş verdiyi ərazidə fövqəladə vəziyyət və komendant saatı elan edib.

Ağ Evin sözçüsü deyib ki, Milad bayramını Floridada keçirən Donald Tramp partlayışla bağlı məlumatlandırılıb və ona mütəmadi olaraq əlavə məlumatlar verilməyə davam edəcək.

"Prezident ilkin yardım göstərən inanılmaz insanlara minnətdardır və xəsarət alanlar üçün dua edir," sözçü bildirib.

Keçid rəsmiləri president seçilən Co Baydenin də partlayışla bağlı məlumatlandırıldığını bildirib.

"Yeni seçilən prezident və [birinci ledi] Dr. Bayden bu gün baş verən insidentdə ilkin yardım göstərənlərə təşəkkür edir və xəsarət alanlara da tez sağalmağı arzu edir," keçid komandası bəyanatında bildirib.

Tennesinin qubernatoru Bill Lii Twitterdə yazıb ki, ştat "nəyin baş verdiyini və kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün" lazım olan resursları təmin edəcək. O, insanları partlayışda xəsarət alanlar üçüb dua etməyə çağırıb.

Milli.Az


Etiketlər:  Neşvildə qəsdən törədilən partlayış nəticəsində üç nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ