Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir (ÖZƏL)

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir (ÖZƏL)

Tarix: 25 Aprel 2019 17:00

Bakı. Samir Əli - Trend:

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində qəzalı vəziyyətə düşən evlərin yenidən tikintisi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, hazırda 110 evin tikintisi davam etdirilir: "66 fərdi yaşayış evi inşa edilir. Bundan başqa, şəhərin mərkəzində 44 mənzillik 4 mərtəbəli bina inşa edilir. Qəzalı vəziyyətdə olan 12 evin isə söküntüsünə başlanılıb".

R.Əliyev bildirib ki, zəlzələ nəticəsində 5520 ev və obyektə ziyan dəyməsi barədə RİH-ə müraciət daxil olub. Daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5513 evə baxış keçirib:

Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb

"Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 270-i kəskin qəzalı (dağılmış), 1268 evin bərpası mümkün vəziyyətdə olduğu müəyyənləşib. Baxış keçirilən evlərdən 2169-da təmir işlərinə ehtiyac var. 1806 evin vəziyyətini isə komissiya qənaətbəxs hesab edib".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcra Hakimiyyəti Şamaxıda zəlzələdən zərərçəkənlər üçün tikilir ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ