Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 19:21
Araşdırmalar maskanın təkrar istifadə edilməsinin maskadan istifadə etməməkdən daha az təsirli olduğunu göstərib. Belə bir nəticəyə Massaçusets Universiteti və Kaliforniya Universitetinin mütəxəssisləri gəlib. Alimlər üçqat cərrahi maskalarla təcrübə aparıb. Araşdırmaya görə, yeni maskalar, koronavirusun kiçik maye damcılarının demək olar ki, 65%-nin qarşısın ala bilər.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, qoruyucu avadanlıqların təkrar istifadəsi onun effektivliyini kəskin şəkildə azaldır. Ən kiçik damcıların cəmi dörddə biri saxlanır. Mütəxəssislər bunu maskanın ilk istifadəsindən sonra deformasiyası ilə əlaqələndirir. İstifadə olunan qoruyucu vasitələr əsasən 5 mikrometrdən böyük olan hissəcikləri süzgəcdən keçirir, 2,5 mikrometrdən kiçik olanlar isə, maneəni rahatlıqla aşır. Maskanın daxili təbəqəsi özünəçəkici materialdan, orta təbəqələri filtr rolunu oynayır və xarici təbəqə özünəçəkici olmayan materialdan hazırlanır. Belə bir maskanın effektivliyinin təhlili, maska taxan bir şəxsin kompyuter modelindən istifadə edilərək aparılmışdır. Məlum oldu ki, insanlar maska taxdıqda havanın üz ətrafında axma yolu dəyişir. Cərrahi maskanın qırışları hava axını rejimini təsir etdiyindən və maska yenidən istifadə edildikdə qırışlar şəklini dəyişdirdiyindən, bu maskanın effektivliyinə mənfi təsir göstərir. Bu nəticələr maskanın təkrar istifadəsinin təhlükəli olduğu qənaətinə gəlir.