Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə maşın 64 yaşlı velosipedçini vurub

Mingəçevirdə maşın 64 yaşlı velosipedçini vurub

Tarix: 27 Dekabr 2020 20:12

Mingəçevirdə maşın velosipedçini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gəncə şosesində baş verib.

Yevlax rayon sakini idarə etdiyi Vaz 21 06 markalı minik maşını ilə hərəkətdə olan yaşlı velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.

1956-cı il təvəllüdlü yaralı velosipedçi Mustafayev Sadiq Qiyas oğlu xəstəxanaya yerləşdirilib.

Onun kələ beyin travması aldığı və ayaq nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə maşın 64 yaşlı velosipedçini vurub


RƏYLƏR