Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksford Universitetinin hazırladığı COVID-19 peyvəndi yanvarın 4-dən tətbiq ediləcək

Oksford Universitetinin hazırladığı COVID-19 peyvəndi yanvarın 4-dən tətbiq ediləcək

Tarix: 27 Dekabr 2020 21:02

Böyük Britaniyanın Oksford Universiteti və əczaçılıq şirkəti "AstraZeneca"nın hazırladığı COVID-19 peyvəndi 2021-ci il yanvarın 4-dən tətbiq ediləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində insanlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Oksford Universiteti və "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan peyvəndin sınaqlarının son mərhələsində mənfi reaksiya verdiyi üçün dayandırılmışdı, lakin sonradan aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.


Etiketlər:  Oksford Universitetinin hazırladığı COVID peyvəndi yanvarın dən tətbiq ediləcək


RƏYLƏR