Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 13:48
İtaliyanın "Yuventus" klubu polşalı hücumçu Arkadiuş Milikin transferindən imtina etmək məcburiyyətində qalıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna futbolçunun çıxış etdiyi "Napoli"nin yüksək transfer məbləği istəməyi səbəb olub.
Milikin özü də Turin klubuna keçməyə can atsa da, neapollular onun üçün 15 milyon avro istəyir. Bu rəqəm "Yuventus"u qane etmir. A seriyasının çempionu Arkadiuşun qiymətinin şişirdilmiş olduğunu düşünür.
Qeyd edək ki, polşalı 2016-cl ildən "Napoli"nin şərəfini qoruyur.