Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 15:28
Bakı. Orxan Nəbiyev - Trend:
İndoneziya koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq məqsədilə yanvarın 1-dən 14-dək ölkəyə xarici vətəndaşların daxil olmasını qadağan edəcək.
Trend-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri Retno Marsudi deyib.
Qeyd edək ki, ötən həftə İndoneziya Böyük Britaniya vətəndaşları üçün ölkəyə girişi qadağan etmişdi. Eyni zamanda, Avropa ölkələrindən və Avstraliyadan olan şəxslərin ölkəyə daxil olmaq qaydalarını sərtləşdirmişdi.
Böyük Britaniyada koronavirusun daha sürətlə yeni mutasiyası olunub. Bir çox ölkə Böyük Britaniya ilə qarşılıqlı səfərləri dayandırıb.