Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib (FOTO)

London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib (FOTO)

Tarix: 28 Dekabr 2020 17:38

Bakı. Trend:

Böyük Britaniyadakı azərbaycanlı icmasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Azərbaycanın zəngin mədəniyyətini və ənənələrini vəsf edən layihə gerçəkləşdirilib.

Komitədən Trend-ə bildirilib ki, London metrosunun 20 stansiyasında quraşdırılmış 6 lövhədə milli mədəniyyətimizin müxtəlifliyini və rəngarəngliyini əks etdirən fotoşəkillər bir-birini əvəzləyir. Bakının memarlıq abidələrinin, Qarabağ atlarının, şirniyyat nümunələrinin və Xarı bülbülün əks olunduğu fotoşəkillər "Şərqlə Qərbin görüşdüyü Azərbaycanda memarlıq sənətinin rəngarəngliyi", "Azərbaycanın Qarabağ atları", "Azərbaycanın milli mətbəxi" təqdimatları ilə nümayiş olunur.

Sərnişinlər tərəfindən olduqca maraqla qarşılanan layihənin icrasına dekabrın 20-dən başlanılıb. Layihə 3 yanvar 2021-ci ilədək davam edəcək.

London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib (FOTO) - Gallery Image London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib (FOTO) - Gallery Image London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ