Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 21:02
Bakı. Asif Mehman - Trend:
COVİD-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.
Trend-in məlumatına görə, İndoneziya və Türkiyədə indiyədək “Sinovac” vaksinin ən yüksək effektivlik faizi qeydə alınıb.
Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei iyul ayından etibarən Çində bu vaksindən istifadə edildiyini bildirib: "1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb".
Vasksinin əsas üstünlükləri bunlardan ibarətdir
- sürətli immun cavab reaksiyası;
- öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);
- daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;
- soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (Pfizer 70 dərəcədə saxlanılmalıdır);
Rəsmi məlumatlara əsasən, artıq Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bu kimi 100-dən çox dövlət “Sinovac” vaksinini sifariş edib.
İstehsalçı “Sinopharm” şirkətinin məlumatlarına görə, artıq 500 milyon doza vaksin istehsal olunub.
Vaksinin effektiv istifadəsi nəticəsində hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.