Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 13:00
2021-ci ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcəkdir.
Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı "bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir" fikri əsasında həyata keçiriləcəkdir.