Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviç meşə aldı

İbrahimoviç meşə aldı

Tarix: 29 Dekabr 2020 14:26

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə bir meşə sahəsi alıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun təxminən 1000 hektar ərazi üçün 3 milyon avro ödədiyi bildirilir. Sahə dağlarda, İsveç və Norveç arasındakı sərhəddə, xizək kurortu olan Are yaxınlığında yerləşir.

İsveçli oyunçunun bu torpaq sahəsində qar motosikleti, ovçuluq və balıq ovu üçün istifadə etmək icazəsinə sahib olduğu qeyd olunur.


Etiketlər:  İbrahimoviç meşə aldı


RƏYLƏR