Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 14:34
"Sərhədsiz Reportyorlar" bu il ən azı 50 jurnalistin öldürüldüyünü açıqlayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, beynəlxalq təşkilat bu barədə hesabat yayıb. Hesabatda jurnalistlərin qətlə yetirildiyi cinayətlərin daha çox korrupsiya, mütəşəkkil cinayətkarlıq və ekoloji problemlər yaradan biznes sahələri ilə bağlı araşdırmalara və faktların cəmiyyətə təqdim olunmasına görə baş verdiyi əks olunub.
Bu il jurnalistlər üçün ən təhlükəli ölkələrin siyahısı da yayımlanıb. Bu ölkələrin Meksika, İraq, Əfqanıstan, Hindistan ve Pakistan olduğu bildirilib. İranda jurnalist Ruhullah Zemin edam edilməsi faktı da pislənib və bunun son 30 ildə jurnalistlərlə bağlı çıxarılan ölüm hökmünün ilk icrası olduğu vurğulanıb. Son 10 ildə ümumilikdə 937 jurnalistin öldürüldüyü ifadə olunub.