Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 12:15
Bakı. Trend:
Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt şəhərləri, Yevlax, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Füzuli, Beyləqan, Şirvan, Ağstafa, Hacıqabul, Qazax və Kürdəmir rayonlarında qazlaşma səviyyəsi 100 % təşkil edir.
Trend-in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
Baş direktorun sözlərinə görə Ağsu, Bərdə, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəmkir, Ucar rayonlarında isə 97-99 % arasında dəyişən qazlaşma səviyyəsi onu göstərir ki, bu ərazilərdə qazlaşmayan cəmi bir yaşayış məntəqəsi qalıb. Lakin bu, nisbi rəqəmdir. Çünki istənilən 100 % qazlaşdırılan şəhər və rayonlarda hər il yeni massivlər yaranır və fərdi yaşayış evlərinin sayı artır, belə olan halda qazlaşdırılmasına ehtiyac yaranan yeni ərazilər də ortaya çıxır”.
R. Əliyev hazırda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun da adını çəkib. Onun sözlərinə görə bura Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonumuzu misal göstərmək olar. Bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 % intervalında dəyişir.