Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

100-dən çox əsgəri əməliyyat edən həkim: ''Bu müharibədən Azərbaycan həkimləri üzüağ çıxdı'' - VİDEO

100-dən çox əsgəri əməliyyat edən həkim: ''Bu müharibədən Azərbaycan həkimləri üzüağ çıxdı'' - VİDEO

Tarix: 30 Dekabr 2020 16:00

Vətən müharibəsində hərbçilərimizlə bərabər həkimlərimizin də rolu danılmazdır. Cəbhəyə yaxın ərazilərdə müvəqqəti qurulan hospitallarda yaralıların ən operativ formada müalicə olunması, evlərinə və ya hərbi hissələrə sağ-salamat qayıtması məhz həkimlərin əməyi sayəsində mümkün olub. Onlar neçə-neçə gənc əsgər və zabitin yarasına məlhəm olub. Onları həyata qaytarıb. Yenidən cəbhəyə yola salıblar. Vətən müharibəsində xilas edilən hər bir cana görə zəhmətkeş həkim briqadalarına Azərbaycan qədər minnətdarıq.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsi başlayanda, Gəncədə çoxprofilli hərbi hospital yaradılır. Könüllülərdən ibarət həkim heyəti oraya yola düşür. Bu həkimlərdən biri, Fərhad Hüseynov o ağır əməliyyatları keçirən bütün həkimləri qəhrəman adlandırır. Onun sözlərinə görə, bu müharibədən Azərbaycan həkimləri üzüağ çıxdı.

Hərbi hospitalın həkim briqadası 48 gündə 800-dən çox yaralının əməliyyatını həyata keçirib. Onlardan yüzdən çoxunu Fərhad həkim həyata keçirib. O, bunun heç də asan olmadığını, lakin əsgərlərimizin ruh yüksəkliyinin onlara motivasiya verdiyini deyir:

Azərbaycan xalqına zəfəri bəxş edən əsgərlərimizi həyata qaytaranlara biz də təşəkkür edirik. Şəfa verən əlləriniz, hərbçilərimiz üçün döyünən ürəkləriniz var olsun!


Etiketlər:  dən çox əsgəri əməliyyat edən həkim müharibədən Azərbaycan həkimləri üzüağ çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ