Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində 226 meliorator torpaqlarımızın azadlığı uğrunda vuruşub

Vətən müharibəsində 226 meliorator torpaqlarımızın azadlığı uğrunda vuruşub

Tarix: 30 Dekabr 2020 16:57

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsi iştirakçılarının təltif olunanları arasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri də var.

Bu barədə Trend-ə ASC-nin nümayəndəsi Dilqəm Şərifovun məlumat verib.

Belə ki, Vətən müharibəsində 226 meliorator torpaqlarımızın azadlığı uğrunda vuruşub, onlardan 17 nəfəri yaralanıb, 3 nəfəri isə qəhramancasına şəhid olub. Qəhrəmancasına döyüşən 226 nəfərdən 49-u Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülüb.

Melioratorlardan 49 nəfəri ümumilikdə 66 ədəd medal və fəxri fərmanla mükafatlandılrılıb.


Etiketlər:  Vətən müharibəsində meliorator torpaqlarımızın azadlığı uğrunda vuruşub


RƏYLƏR