Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 00:46
Yapon yarımmüdafiəçi Keysuke Honda Braziliyanın "Botafogo" klubunu tərk edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu tvitter hesabında belə yazıb:
"Komandaya yaxşı nəticə qazandıra bilmədiyim üçün mənə yönələn tənqidləri qəbul edirəm. Tənqid olunmaq təbii haldır. Üzüntülərə qərq etdiyim üçün üzr istəyirəm. Özüm də pərişanam".
2008-2018-ci illər aralığında Yaponiya millisinə çağırılan Honda bu mövsüm "Botafogo" formasıyla 27 oyuna çıxaraq 3 qol vurub.