Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 20:28
Bakı. Trend:
Vyetnamda son sutkada doqquz yeni idxal olunan koronavirus infeksiyası hadisəsi aşkar edilib.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "COVID-19" xəstəliyinin yayılmasının qarşısının alınması və ona nəzarət üzrə Milli Koordinasiya Komitəsinin hökumət portalında bildirilib.
Xəstələrin hamısı 29 və 30 dekabr 2020-ci il tarixlərində Almaniya və Cənubi Koreyadan vətənlərinə dönən yerli vətəndaşlardır. Vyetnama çatdıqdan sonra bütün beynəlxalq uçuşların sərnişinləri dərhal məcburi iki həftəlik karantinaya göndərilir.
Son məlumatlar nəzərə alınmaqla, Vyetnamda pandemiya başlayandan bəri bütün müddət ərzində 1474 yoluxma halı aşkar edilib. Ötən müddət ərzində 1325 nəfər sağalıb və 35 nəfər COVID-19-un yaratdığı fəsadlar səbəbiylə ölüb. 114 xəstə həkim nəzarəti altında tibb müəssisələrində qalır. 17,1 mindən çox insan karantin mərkəzlərində və evlərində müalicə alır.