Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 13:48
Professor Jan-Jak Muembe-Tamfum, yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə CNN-ə müsahibə verərkən söyləyib.
Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir.
Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.
O, eyni zamanda bildirib ki, bu gələcəkdə "böyük pandemiyaya" səbəb ola bilər. Jurnalistin "Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi" sualına Muembe-Tamfum belə cavab verib:
"Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir".