Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid atası: ''Vətən darda olduğundan oğlum evdə otura bilməzdi'' - VİDEO

Şəhid atası: ''Vətən darda olduğundan oğlum evdə otura bilməzdi'' - VİDEO

Tarix: 4 Yanvar 2021 11:18

Qəlbi vətən həsrəti ilə alışıb-yanan nur üzlü şəhidimiz Teymur Osmanlı... 25 yaşlı igidimiz hər addımında, sosial şəbəkələrdə etdiyi hər paylaşımda vətənpərvərliyə səsləyirdi. Cəbhəyə böyük sevinclə yollanmışdı qəhrəmanımız. Qardaşı ilə danışarkən qurduğu cümlə də bunun bariz sübutu idi.

Sonxeber.net-ın məlumatına görə, Teymur Osmanlı İsmayıllının Cülyan kəndində böyümüşdü.

Suqovuşan isə onu şəhadətə qovuşdurdu. Xüsusi təyinatlı əsgər kimi döyüşlərə qatılan Teymur 2018-ci ildə hərbi xidməti başa vursa da, Vətən müharibəsi başlayan kimi yenidən ön cəbhəyə yollanıb.

Atası deyir ki, onun vətənpərvər oğlu vətəni darda olduğundan evdə otura bilməzdi. Getdi və iki ümdə arzusunu reallaşdırdı.

Qəhrəmanımız bu arzusuna çoxdan hazır idi. Qardaşının dediyi kimi, Aprel döyüşləri ilə bağlı məlumatları dönə-dönə oxuyaraq, görüntüləri izləyərək, müqəddəs saydığı torpağı uğrunda şəhid olmağa hazırlanırmış. Bircə nigarançılığı vardı- geridə qoyduğu ailəsi...

Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:


Etiketlər:  Şəhid atası Vətən darda olduğundan oğlum evdə otura bilməzdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ