Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 14:52
Bakı. Trend:
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.
Bunu Trend-ə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.
Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.