Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada son sutkada koronavirusdan 156 nəfər öldü

Fransada son sutkada koronavirusdan 156 nəfər öldü

Tarix: 4 Yanvar 2021 14:46

Fransada son sutkada COVID-19 pandemiyasından 156 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda 24 min 491 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 2641 ağır vəziyyətdə xəstə olduğu bildirilir.

Fransada mövcud tendensiya artıq narahatlıq doğurur. Dekabrın əvvəllərində gündəlik yoluxma 10 minə çatırdısa, bu gün artıq ən azı 15 min yoluxmadan söhbət gedir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

Bildirib ki, qış mövsümü virusun yayılmasını daha da sürətləndirir.

Koronavirusa qarşı səmərəli mübarizə aparmaq məqsədilə Səhiyyə İdarəsinin baş direktoru əhaliyə qarşıdan gələn 4 ay müddətində kollektiv səy göstərmək lazım olduğunu xatırladıb.

Qeyd edək ki, ölkədə koronavirusa qarşı peyvənd kampaniyasının ləng getməsi ilə bağlı tənqidlər səsləndirilir. Bu günə qədər Almaniyada 165 min peyvənd edildiyi halda Fransada cəmi 352 şəxsin peyvənd edildiyi bildirilir. Hökumət peyvənd kampaniyasını sürətləndirmək üçün hər həftənin əvvəlində əlavə 500 min doza peyvənd alınacağını və beləliklə, peyvəndləmənin gündəlik sayının 32 min 247-ə çatdırılacağını deyir.


Etiketlər:  Fransada sutkada koronavirusdan nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ