Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 18:26
Füzuli rayonunda dünyaya göz açmışdı, 3 yaşı olanda isə öz elindən obasından qaçqın düşmüşdü ailəsi ilə birgə. Hələ kiçik yaşlarında valideylərinə doğma Füzulini özüm azad edəcəm deyirdi. Mingəçevirdə məskunlaşan Hacıyevlər ailəsinin doğma torpaqaları inddi azaddır, son beşik övladları Nicat Hacıyev kimi qəhrəman şəhidlərimizin qanı, canı bahasına.
Onun tək dərdi vətən idi. Ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı döyüşərək azad etmək idi. Çünkü Füzuli rayonunda dünyaya göz açan Nicat Hacıyev 3 yaşı olanda öz elindən obasından qaçqın düşmüşdü. O, vətən torpaqları uğurunda döyüşmək arzusuna döyüş başlayarkən çatır. Dərhal könüllü olaraq cəbhəyə yollanır. Füzulinin azad olunması uğurunda şücaətlər göstərən Nicat Cəbrayıl uğurunda döyüşlərdə, elə Cəbrayılın azad olunduğu gün şəhidlik zirvəsinə ucalıb. Mingəçevirdə məskunlaşan Hacıyevlər Ailəsinin doğma torpaqaları inddi azaddır, son beşik övladları Nicat Hacıyev kimi qəhrəman şəhidlərimizin qanı, canı bahasına.
Nişanlı olan 31 yaşlı Nicat Vətən müharibəsində qalib olub, geri döndükdən sonra ailə qurmağı planlaşdırırdı. Doğmaları işğalda olan torpaqlarımızın azad edilməsi ilə şəhidlərimizin qanın yerdə qalmadığını deyirlər.
44 günlkü Vətən müharibəsində qəhrmanlıq göstərən Nicat Hacıyev, döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını məhv edib. Göstərdiyi xidmətlərə görə, ölkə başçısının sərəncamı ilə medalarla təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir: