Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 12:00
Vətən müharibəsinin gedişində qəhrəmanlıqları ilə yadda qalan qazilər evlərinə dönməyə davam edirlər. Gəlişi ilə doğmlarını sevincə qərq edən cəsur döyüşçülərdən biri də gəncəli Nəsrəddin Cəfərovdur. Döyüşlərə könüllü yollanan, sağlamlığını itirsə də geriyə o iki medalla dönüb.
Dualarla cəbhəyə yola salındı, döyüşlərdə gözünü qırpmadı. Canından can qatıb torpaqların azadlığına töhfə verdi. Geri dönüşündə ilk dayanacağı Şeyx Nizaminin məqbərəsi oldu.
Daha sonra Şəhidlər xiyabanına gedərək Vətən uğrunda qurban gedən silahdaşlarını yad etdi.
27 yaşlı döyüşçü Nəsrəddin Cəfərovun 3 ay əvvəl tərk etdiyi evinin qapısından girişi isə əsl coşquya səbəb oldu. Quranın altından keçib tərk etdiyi ocağına Quranı öpərək daxil oldu. Qəlbində isə keçdiyi döyüş yolunun verdiyi fəxarət hissi.
İlk gündən müharibənin sonuna qədər şərəfli döyüş yolu keçən, Şuşa ətrafında ağır yaralanaraq hospitala yerləşdirilən Nəsrəddinin igidliyi ilə bütün qohumlar fəxr edir.
Döyüşlərdə göstərdiyi şücaətə görə Nəsrəddin Cəfərov "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir: