Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Prezidenti Londonda yeni virusa yoluxdu

Ermənistan Prezidenti Londonda yeni virusa yoluxdu

Tarix: 5 Yanvar 2021 16:18

Ermənistan Prezidenti Armen Sarkisyan İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni növünə yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Londonda ayağından əməliyyat olunan Armen Sarkisyanda koronavirus testi müsbət nəticələnib. Test nəticəsi Sarkisyanın koronavirusun yeni növünə yoluxduğunu müəyyənləşdirib. Onun müvəqqəti olaraq məsafədən işləyəcəyi bildirilib.

Qeyd edək ki, Armen Sarkisyan Yeni İli ailəsi və nəvələri ilə birlikdə İngiltərədə qeyd edib.

Milli.Az


Etiketlər:  Ermənistan Prezidenti Londonda yeni virusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ