Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 18:36
İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55748 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6113 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1255620 nəfərə çatıb. Virus daşıyıcılarından 4829 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1029028 nəfər koronavirusdan sağalıb.