Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada Covid-19-a qarşı ilk peyvənd prezidentə vurulacaq

İndoneziyada Covid-19-a qarşı ilk peyvənd prezidentə vurulacaq

Tarix: 5 Yanvar 2021 20:32

İndoneziyada ictimaiyyətin inamını artırmaq üçün koronavirusa qarşı ilk peyvəndin yanvarın 13-də Prezident Coko Vidodoya və Nazirlər Kabinetinin üzvlərinə vurulması planlaşdırılılr.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin məlumat verib.

Nazir əlavə edib ki, bundan bir gün sonra digər rayonlarda da vaksinasiyanın başlanılması planlaşdırılır. Bu zaman əsas prioritet səhiyyə işçilərinə və yerli liderlərə veriləcək.

Qeyd edək ki, Prezident C.Vidodo dekabrın 16-da COVID-19 virusuna qarşı peyvəndin İndoneziya vətəndaşları üçün pulsuz olacağını elan edib. Bu ölkə dekabrın 6-da Çindən 1,2 milyon, 31-də isə daha 1,8 milyon peyvənd dozası alıb.


Etiketlər:  İndoneziyada Covid qarşı peyvənd prezidentə vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ