Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 14:15
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank “180 gün dünya ətrafında” layihəsinin rəsmi tərəfdaşı olub. Təşəbbüskarı “Novco” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzi olan layihənin təqdimatı iyulun 12-si “Baku Boulevard Hotel”də baş tutdu.
Layihə çərçivəsində F.Novruzi 6 ay ərzində yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40 ölkəsinə səyahət edəcək. Dünya ətrafında səyahət zamanı bütün ödənişlər PAŞA Bankın Azərbaycan bazarında təqdim etdiyi eksklüziv kart məhsulu – PAŞA Bank Miles&Smiles kartı ilə həyata keçiriləcək.
“F.Novruzinin səyahət zamanı hava nəqliyyatından istifadə etməyəcəyinə baxmayaraq PAŞA Bankın Miles&Smiles kartının sahibi kimi o, bütün dünyada ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə bu kartın geniş üstünlüklərindən faydalanmaq imkanı əldə edəcək”, – deyə layihənin təqdimatı zamanı PAŞA Bankın Fərdi Bankçılıq Departamentinin direktoru Kamran Heydərov qeyd edib.
“Otellərin bron olunması, avtomobil icarəsi və digər xidmətlərdən istifadə zamanı PAŞA Bankın Miles&Smiles kartının sahiblərinə 35%-ə qədər endirim təqdim olunur. Müxtəlif üstünlükləri sayəsində bu məhsul yalnız bankın müştəriləri, səyyahlar və iş vaxtının müəyyən bir hissəsini işgüzar səfərlərdə keçirən biznesmenlər üçün deyil, ümumilikdə bütün ölkə əhalisi üçün nəzərdə tutulub”, – deyə K. Heydərov əlavə edib.
Qeyd edək ki, PAŞA Bank Miles&Smiles kartının sahibləri, həmçinin mil toplayır və toplanan milləri Türk Hava Yollarının 308 uçuş istiqaməti üzrə biletə çevirmək və digər əlavə xidmətlərdən yararlanmaq imkanı əldə edir. Bonuslar həm ölkədaxili, həm ölkəxarici nağdsız ödənişlər üçün hesablanır. Bundan əlavə, Müştəri Bankın tərəfdaş şəbəkəsində PAŞA Bankın Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin