Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 13:20
Bakı. Orxan Nəbiyev - Trend:
Son bir neçə gün ərzində Hindistanın müxtəlif ştatlarında minlərlə quş tələf olub.
Trend-in məlumatın görə, buna "quş qripi" infeksiyasının səbəb olduğu təsdiqlənib.
Qeyd olunur ki, tələfat ölkənin 4 ştatında, Himaçal-Pradeş, Madhya-Pradeş, Kerala və Racasthan ştatlarında qeydə alınıb.
Ölkənin şimalındakı Himaçal-Pradeş ştatında 1 700, cənubdakı Kerala ştatında bir neçə min quş tələf olub.
Bundan başqa, Keralada 36 minədək ev quşunun tələf edilməsi planlaşdırılır.
Mütəxəssislər ölən quşlarda H5N8 qrip virusunu aşkar edib.