Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Abşeronda tullantı sularının idarə olunmasına bu qədər vəsait yatırılacaq

Bakı və Abşeronda tullantı sularının idarə olunmasına bu qədər vəsait yatırılacaq

Tarix: 6 Yanvar 2021 14:04

"Azərsu" ASC tərəfindən kanalizasiya kollektorlarının tikintisinə və yağış və tullantı sularının idarə olunması sisteminin yaradılmasına dair keçirilən tenderlərin qalibləri müəyyənləşib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, tender komissiyasının qərarına əsasən, ASC-nin elan etdiyi tenderlərin qalibləri "Tunel Tikinti Servis" MMC və "Protean Construction" ASC seçilib. Şirkətlərlə ümumi dəyəri 38,33 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, "Tunel Tikinti Servis" şirkəti tərəfindən Pirşağı tullantı sutəmizləyici qurğusunun gətirici kanalizasiya kollektorlarının tikinti (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru) işləri, "Protean Construction" tərəfindən isə Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ) işləri aparılacaq.


Etiketlər:  Bakı Abşeronda tullantı sularının idarə olunmasına qədər vəsait yatırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ