Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 17:20
SSRİ-nin xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova Rusiyanın koronavirusa qarşı hazırlanan "Sputnik V" vaksinini vurdurub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Moskvada yaşayan rəssam bununla bağlı "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, riskə gedib və yenidən Covid-19-a yoluxmamaq üçün peyvəndə razılaşıb.
"Peyvənddən sonra əvvəlcə üşütmə başladı, növbəti gün hərarətim 39 görünürdü. Əslində isə 36,2 idi. Üçüncü gün isə başım ağrımağa başladı" deyə, Salahova qeyd edib.
O, vaksinin bir neçə mərhələdə edildiyini, hamısını keçdiyini bildirib.