Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 11:00
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz Tvitter səhifəsindəki paylaşımında onları "Amerikanın vətənpərvərləri" adlandırıb.
İvanka, həmçinin atasının "Xahiş edirəm, paytaxt polisini və hüquq-mühafizə orqanlarımızı dəstəkləyin. Onlar, həqiqətən, ölkəmizin yanındadırlar. Sakit qalın", - postunu da yayımlayıb.
Prezident qızının "vətənpərvər" ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və o tənqidə məruz qalıb. İvanka sözügedən postunu silmək məcburiyyətində qalıb.