Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti şəhid oğlundan danışdı: ''Sonuncu zəngi o oldu''

Xalq artisti şəhid oğlundan danışdı: ''Sonuncu zəngi o oldu''

Tarix: 7 Yanvar 2021 11:24

Oğlu Şuşa döyüşlərində şəhid olan Xalq artisti Əli Nur "Elgizlə izlə" proqramına qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor Rövşən Nurzadədən bəhs edib. O bildirib ki, övladı hələ 9-cu sinifdə oxuyanda Qarabağ müharibəsinə getməyə can atıb:

"Qarabağ hadisələri baş verəndə sinif uşaqları ilə birlikdə deyib ki, müharibəyə gedirəm. Direktor xəbər tutub, mənə dedi. Ağdama posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən başqa uşaq idi.

İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı. Nəzarət edirdim, oğlu Türkiyədə təhsil alır. Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Onun sonuncu zəngi idi".


Etiketlər:  Xalq artisti şəhid oğlundan danışdı Sonuncu zəngi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ