Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 16:00
Bakı. Orxan Nəbiyev - Trend:
ABŞ prezidenti Donald Trampın "oğurlanmış seçkilər" barədə vətəndaşlara ünvanladığı növbəti videomüraciət Vaşinqtonda ötən gün baş vermiş iğtişaşların səbəbi olub.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın daxili işlər naziri Priti Patel deyib.
O bildirib ki, zorakılıq dayanmalı və D.Tramp özü bütün bunları pisləməlidir:
"Ötən gün o, bəyanat verdi, amma bu, gərginliyin azalmasına gətirib çıxarmadı. Təxribatçı açıqlamalara imkan verməmək lazımdır. Bu zorakılığa heç bir bəraət yoxdur".