Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 18:36
Bakı. Orxan Nəbiyev - Trend:
İraqda Bağdad məhkəməsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın həbsinə order verib.
Trend-in məlumatına görə, D.Tramp “Həşd-əş-Şəbi” qruplaşmasının rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisin ölümündə ittiham olunur.
ABŞ prezidenti barəsində İraq Cinayət Məcəlləsinin 406-cı maddəsi ilə irəli sürülüb ki, bu maddə də ölüm hökmünü nəzərdə tutur.
Qeyd edək ki, Əbu Mehdi əl-Mühəndis 2020-ci il yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ təyyarələrinin zərbəsi nəticəsində həlak olmuşdu. Həmin hadisə zamanı iranlı general Qasım Süleymani də öldürülmüşdü.