Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid adından dələduzluq edən şəxs axtarılır - VİDEO

Şəhid adından dələduzluq edən şəxs axtarılır - VİDEO

Tarix: 8 Yanvar 2021 12:10

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu addan sui-istifadə edən hansısa dələduzun törətdiyi əməllərə qarışıb. Məlum olub ki, şəhidin adından istifadə edib mobil nömrə sənədləşdiriblər və həmin nömrələrdən qanunsuz məqsədlər üçün istifadə ediblər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Şəhid adından dələduzluq edilir.

Şəhid Orxan Şirinov Vətən müharibəsinə könüllü yollanan igid oğullarımızdan biridir. Ancaq hansısa dələduz onun adına rəsmiləşdirilən mobil telefon nömrəsi ilə zəng edərək qanunsuz pullar toplamaqdadır. Bu isə övladlarının itgisi ilə barışmağa çalışan valideynlərini ciddi şəkildə narahat edir.

Şəhidin atası Elxan Şirinov deyir ki, kimsə oğlunun adına mobil nömrə rəsmiləşdirib. Həmin nömrə ilə ayrı-ayrı şəxslərə zəng olunaraq onlardan müxtəlif bəhanələrlə pullar yığılır.

Elxan Şirinov qeyd edir ki, bu adam kimdirsə bizim haqqımızda bütün məlumatları bilir. Bundan əlavə, özünün müxtəlif rayonlardan olduğunu deyərək iz itirməyə çalışır.

Məsələ ilə bağlı həm rayon polis Şöbəsinə, həm də daxili işlər nazirliyinin ''102'' çağrı mərkəzinə müraciət olunub. Nazirliyin baş cinayət axtarışı idarəsindən Elxan Şirinov-a cavab olaraq bildirilib ki, onların müraciəti araşdırılaraq öz həllini tapıb. Ailə isə dələduzlar barədə onlara daha ətraflı məlumat verilməsini istəyir.


Etiketlər:  Şəhid adından dələduzluq edən şəxs axtarılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ