Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək? - VİDEO

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək? - VİDEO

Tarix: 8 Yanvar 2021 12:24

İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində işlər sürətlə davam edir. Uzun illər düşmən tapdağı altında olan həmin ərazilərdə əsas məsələlərdən biri də pay torpaqlarının əhali arasında bölünməsi ilə bağlıdır. Bu proses gələcəkdə hansı yolla tənzimlənəcək? Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə aydınlıq gətirib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Qarabağa böyük qayıdış zamanı yerli əhali pay torpaqları ilə də təmin olunacaq.

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə vətəndaşların həyat və fəaliyyətinin normal təmin edilməsi üçün qanunvericiliyə əsasən icra yerli idarəetmə orqanları və digər qurumlar işə başlayacaq. Həmin ərazilərdə yaşayan sakinlərin mülkiyyət hüquqlarının dəqiqləşdirilməsi, bələdiyyə və dövlət torpaqlarının ayrılması mövcud qanunlarla tənzimlənəcək.

Tahir Rzayev bildirib ki, həmin ərazilərdə yaşamış, ancaq sənədini itirmiş vətəndaşların torpaqları özlərinə veriləcək. Bu məqsədlə müəyyən prosedurlar həyata keçiriləcək.

Tahir Rzayev bələdiyyə torpaqlarının bölgüsü ilə bağlı məsələyə də aydınlıq gətirib

Tahir Rzayev onu da əlavə edib ki, pay torpaqları ilə bağlı yekun qərarı Nazirlər Kabineti verəcək.


Etiketlər:  Azad olunmuş rayonlarda torpaqları necə bölünəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ