Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında COVID-19-a qarşı peyvənd olunan şəxslərə ''Tibbi pasport'' veriləcək

Səudiyyə Ərəbistanında COVID-19-a qarşı peyvənd olunan şəxslərə ''Tibbi pasport'' veriləcək

Tarix: 8 Yanvar 2021 12:36

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi və Süni İntellekt və Məlumat Agentliyi mobil telefonlardakı yeni əlavə vasitəsilə COVID-19-a qarşı peyvənd vurduran şəxslər üçün "Tibbi pasport"un tətbiq edildiyini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatı səhiyyə naziri Tevfik bin Fəzvan əl-Rabiyəyə istinadla SPA informasiya agentliyi yayıb.

Məlumatda qeyd olunub ki, iyunun 7-də COVID-19 əleyhinə peyvəndin ikinci dozasını vurduran nazir, həmçinin mobil telefonda yeni əlavəni də nümayiş etdirib. O deyib ki, vətəndaşların peyvəndlənmə prosesi - dozaların sayı və vurulma tarixi bu "pasport"da qeyd olunacaq. Nazir əlavə edib ki, krallıqda indiyədək 100 mindən çox insana peyvənd vurulub.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanında COVID qarşı peyvənd olunan şəxslərə Tibbi pasport veriləcək


RƏYLƏR