Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 19:00
Ukraynanın "Biolek" şirkəti Rusiya istehsalı "Sputnik V" vaksininin qeydiyyatı üçün Ukrayna Səhiyyə Nazirliyinə müraciət edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna səhiyyə naziri Maksim Stepanov təsdiqləyib.
Müraciətdə peyvəndin adı "Qam-COVID-Vac" kimi təqdim olunub.
Ukraynanın baş sanitar həkimi, səhiyyə nazirinin müavini Viktor Lyaşko bu məlumatları təkzib edərək ölkədə yalnız klinik sınaqların üçüncü mərhələsindən uğurla keçən dərmanların istifadə olunacağını bildirib.
Qeyd edək ki, "Sputnik V" Rusiyanın Qamaleya Elektrokimya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış və dünyada ilk rəsmi qeydiyyatdan keçən koronavirus peyvəndidir.