Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qar uçqununun altından daha bir qurban çıxarıldı

Rusiyada qar uçqununun altından daha bir qurban çıxarıldı

Tarix: 9 Yanvar 2021 08:48

Bakı. Trend:

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından хilasedicilər körpənin meyitini tapıblar. Daha əvvəl hadisə yerində qadın meyiti tapılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən könüllü bildirib.

XXX

05:55

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından хilasedicilər ölən qadının cəsədini tapdılar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə axtarış əməliyyatında iştirak edən könüllü məlumat verib.

XXX

00:28

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından 4 nəfər sağ tapılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, onlar bir ailənin üzvləridir.

"Qar uçqunu altından daha 2 nəfər özü çıxıb, axtarış işləri davam etdirilir", - məlumatda bildirilir.

Qeyd edək ki, fəlakət nəticəsində beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsi və 3 texnikası cəlb edilib.

Rusiyada qar uçqununun altından daha bir qurban çıxarıldı - Gallery Image


Etiketlər:  Rusiyada uçqununun altından daha qurban çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ