Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO)

Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO)

Tarix: 9 Yanvar 2021 09:24

Bakı. Samir Əli - Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO) - Gallery Image Keçmiş məhkum narkotiklə yaxalandı (FOTO) - Gallery Image


Etiketlər:  Keçmiş məhkum narkotiklə yaxalandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ